31. Allah, qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yeri eşən bir qarğa göndərdi. O dedi: “Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmaqda, bu qarğa qədər olmaqdan da acizəm?” Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu.
الترجمة الأذرية
فَبَعَثَ ٱللَّهُ غُرَابٗا يَبۡحَثُ فِي ٱلۡأَرۡضِ لِيُرِيَهُۥ كَيۡفَ يُوَٰرِي سَوۡءَةَ أَخِيهِۚ قَالَ يَٰوَيۡلَتَىٰٓ أَعَجَزۡتُ أَنۡ أَكُونَ مِثۡلَ هَٰذَا ٱلۡغُرَابِ فَأُوَٰرِيَ سَوۡءَةَ أَخِيۖ فَأَصۡبَحَ مِنَ ٱلنَّـٰدِمِينَ
Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.
Azerbaijani - Azerbaijani translation
فَبَعَثَ ٱللَّهُ غُرَابٗا يَبۡحَثُ فِي ٱلۡأَرۡضِ لِيُرِيَهُۥ كَيۡفَ يُوَٰرِي سَوۡءَةَ أَخِيهِۚ قَالَ يَٰوَيۡلَتَىٰٓ أَعَجَزۡتُ أَنۡ أَكُونَ مِثۡلَ هَٰذَا ٱلۡغُرَابِ فَأُوَٰرِيَ سَوۡءَةَ أَخِيۖ فَأَصۡبَحَ مِنَ ٱلنَّـٰدِمِينَ
Allah, yeri eşələyən bir qarğa göndərdi ki, ölmüş digər bir qarğanı basdırmaqla ona qardaşının cəsədini necə basdırmağı göstərsin. O dedi: “Vay halıma! Doğrudanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?” Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu.
Alikhan Musayev - Azerbaijani translation